Deputatdan Avropa ölkələrinə məsləhət

deputatdan-avropa-olkelerine-meslehet
Oxunma sayı: 1115

"Cinayət Məcəlləsinə edilən dəyişikliklər bir çox Avropa ölkələrinə göndərilə bilər. Bu dəyişikliklərin bir sıra Avropa ölkələrində heç müzakirələri də başlamayıb. Onlar bəzi məsələlərdə bu sənəddən istifadə edə bilərlər”.
 
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
 
Deputat bildirib ki, dəyişikliklərin edilməsində əsas məqsəd humanizm tədbirlərinin həyata keçirilməsi, birinci dəfə cinayət törədən şəxslərin müəyyən qədər cəzalarının yüngülləşdirilməsidir.
 
“Narkomaniya ilə mübarizə tarixi onu göstərdi ki, məcburiyyətlə həyata keçirilən tədbirlər effekt vermir. Bu artıq reallıqdır. Bu baxımdan Cinayət Məcəlləsinin 74.1 və 93.4 maddələrinə biz bir daha baxa bilərik. Təbii ki, satmaq və yaymaq, xüsusən təşviq etmə məsələsində heç bir güzəşt ola bilməz.

Burada çox ciddi tədbirlər həyata keçirilməlidir. 93.4-də xüsusi olaraq göstərilən maddəyə əsasən, həkim komissiyası buna rəy verirsə, burada həkim rəy komissiyasına üstünlük verilməlidir. Ümumiyyətlə, biz gələcəkdə narkomaniya ilə bağlı xüsusi yanaşma təqdim etməliyik.

Qanunun fəlsəfəsi insanları cinayətdən çəkindirməyə, eyni zamanda insanların onlara yanaşmasının dəyişməsidir. Buna görə cənab prezidentə öz təşəkkürümüzü bildirik”.