Deputatımız Türkiyə telekanallarında

deputatimiz-turkiye-telekanallarinda
Oxunma sayı: 674

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili Xocalı Soyqırımı, Dağlıq Qarabağ probleminin bütün Türk dünyasının problemi olduğunu qeyd edib.

Taksim meydanında keçirilən “Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq-yürüşə toxunan millət vəkili Qənirə Paşayeva bu mitinqin bir daha iki qardaş dövlətin birlik və bərabərliyini, Qarabağ probleminin, Xocalı soyqırımın bizim ortaq problemimiz, dərdimiz olduğunu hər kəsə bir daha nümayiş etdirdiyini bildirmişdi.