Deputatın nəvəsinin nişanından - Foto

deputatin-nevesinin-nisanindan
Oxunma sayı: 6479

Xəbər verdiyimiz kimi, ötən gün millət vəkili Ziyad Səmədzadənin nəvəsi, xalq artisti Aygün Səmədzadənin oğlu Mircəfər Bağırovun nişanı olub. 

“Qafqazinfo”nun məlumatına görə, bəyin bacısı Ülkər mərasimdən foto paylaşaraq “Qardaşım evləndi” şərhini yazıb. 

Mircəfər Bağırov Sanira adlı qırğız xanımla ailə həyatı qurur.

Uzun müddətdir sevgili olan Mircəfərlə Saniranın “həri”si 2017-ci ilin martında reallaşmışdı. Cütlüyün toyu isə bir neçə ay sonra baş tutacaq.