Deputatın oğlu maşınla adam vurub?

Deputatın oğlu maşınla adam vurub?
Oxunma sayı: 5902

"Mənim oğlanlarım, ümumiyyətlə, avtomobil idarə etmirlər”. “Qafqazinfo” xəbər verir ki. bu sözləri Unikal.org-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov övladının qəza törətməsi xəbərinə münasibət bildirərkən deyib. 

O, açıqlamasında bildirib ki, ailəsi və özü yayılan məlumatdan xəbərdardır və bu barədə hüquqi tədbir görülməsi üçün artıq vəkillə danışılıb: 

"Övladımın qəza törətməsi ilə bağlı yayılan informasiya yalandır. Xəbəri yayan saytı bu gün məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam. Mənim övladlarım ümumiyyətlə avtomobil sürmürlər. Onlar elə yerdə çalışırlar ki, özlərinin sürücüləri var. Oğlanlarım uşaq deyil! Bizi istəməyən qüvvələr belə "informasiyalar” yaymaqla panika yaradır və məni provakasiyaya çəkmək istəyirlər”.

Xatıradaq ki, dünən Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub. Criminal.az xəbər verib ki, "Bakı" kinoteatrı yaxınlığında iki minik maşını toqquşub. Qəza nəticəsində bir qızın öldüyü bildirilir. Hadisə şahidləri iddia edir ki, qəzanı törədən şəxs deputat Hüseynbala Mirələmovun oğludur. Hadisədən qısa vaxt sonra maşının nömrəsi ilə birlikdə o başqa maşınla ərazidən uzaqlaşıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi