Deputatın ölümü ilə bağlı bir nəfər həbs olundu

deputatin-olumu-ile-bagli-bir-nefer-hebs-olundu-
Oxunma sayı: 634

“Qafqazinfo”nun xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd edilir ki, rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ş.Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayətin törədilməsində şübhəli bilinən Ş.Qardaşov tutularaq istintaqa cəlb olunub.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.