Deputatla spikerin alma dialoqu

deputatla-spikerin-alma-dialoqu
Oxunma sayı: 3322

“Azərbaycan bazarlarında xarici ölkələrdən gələn almalar satılır, baxmayaraq ki, ən gözəl alma Qubada yetişir. Gömrük rüsumlarını artırmaqla Quba almasının şöhrətini artırmaq olar. İxracı stimullaşdırmaq lazımdır. Qubada iş yerləri əsasən konserv zavodları üzərində cəmlənmişdi. Bir zavodda mövsüm ərzində 1500 nəfər işləyirdi. İndi o zavodların heç biri işləmir”.

Milli Məclisin sədri Oqtay Əsədov deputatın çıxışına belə reaksiya verib: “Qubanın özündə almanın qiyməti Bakıdakından bahadır. Bu məsələ barədə də düşünmək lazımdır, çünki bazar iqtisadiyyatıdır. Zavod niyə işləmir, İqtisadi İnkişaf Nazirliyi bunu araşdırsın”.