Deputatlar bazarda - Fotolar

Deputatlar bazarda
Oxunma sayı: 3279

AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində  olub, burada yaradılan şəraitlə maraqlanıblar. 

“Qafqazinfo” xəbər verir ki, onlar mağazaları gəzib, satıcılar, alış-veriş edənlərlə söhbət ediblər. 

Qeyd edək ki, ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi