Deputatlar Bişkekə gedir

Deputatlar Bişkekə gedir
Oxunma sayı: 1854

Milli Məclisin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov, deputat TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova sözügedən qurumun tədbirlərində iştirak etmək üçün sentyabrın 12-dən 15-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar. 

MM-nin Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasında Əhliman Əmiraslanovun sədrliyi ilə “Genetik modifikasiya olunmuş orqanizmlər və onların yayılmasının təsiri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq. 

Qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasında isə “Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin hissələri kimi” mövzusunda hesabat və tövsiyələr gündəmdə olacaq. Deputatlarımız iclaslarda gedən müzakirələrdə yaxından iştirak edəcəklər.  

Sonra “TÜRKPA-ya üzv dövlətlərdə kinoteatr və animasiya” adlı seminar keçiriləcək. Səfər çərçivəsində tədbir iştirakçılarının Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Jumabekovla görüşü və “Türk kinosu günləri”nin açılışında iştirakı da nəzərdə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi