Deputatlar mədəni bitkiləri müzakirə edəcək

deputatlar-medeni-bitkileri-muzakire-edecek-
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, aqrar sahənin inkişafı üçün vacib sənədlərdən biri olan bu layihənin üzərində artıq bir ildir iş aparılır. Onun sözlərinə görə, qanun mədəni bitkilərin, onların yabanı əcdadıları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətlərini tənzimləyəcək. Bununla yanaşı, bu sənəd mədəni bitkilərin indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunmasını, səmərəli istifadəsində dövlət siyasətinin hüquqi əsaslarını müəyyənləşdirəcək.