Deputatlar Parisə getdi

deputatlar-parise-getdi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, millət vəkilləri AŞPA-nın Monitorinq, Hüquqi işlər və insan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 18-dək səfərdə olacaq.
İclaslarda İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti, məişət zorakılığı qurbanlarının müdafiəsi, siyasi məhbus məsələsinə yenidən baxılması, Türkiyə və Makedoniyada post-monitorinq dialoqu, Rusiyada parlament seçkilərinə hazırlıq, Ukrayna və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, həmçinin digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcək.

Fatimə Kərimli