Deputatlar pensiyalarla bağlı artımı təsdiqlədi

deputatlar-pensiyalarla-bagli-artimi-tesdiqledi
Oxunma sayı: 1652

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O, qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq: “Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə, əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.

Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.

 Günel Türksoy