Deputatlar Şevardnadzeyə görə səfirliyə getdi

deputatlar-sevardnadzeye-gore-sefirliye-getdi
Oxunma sayı: 1011


“Qafqazinfo”ya daxil olan məlumata görə, catirə dəftərinə ürək sözlərini yazan millət vəkilləri Eduard Şevardnazdenin Heyder Əliyevlə uzun illərə dayanan möhkəm dostluğunu, iki qonşu respublika arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edən böyük layihələri qeyd edib. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə fikir mübadiləsi aparan Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və üzvü Rasim Musabəyov Eduard Şevardnadzeni bütün dünyada tanınan bir tarixi şəxsiyyət kimi xarakterizə edib, onun vəfatı münasibəti ilə dost gürcü xalqına başsağlığı diləklərini çatdırıb.

Səfir hər iki deputata təşəkkür edib.