Deputatlar və dindarlar səfərə gedir

deputatlar-ve-dindarlar-sefere-gedir
Oxunma sayı: 637

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin bir qrup deputatı da daxildir.

Aprelin 23-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Buxara və Səmərqənd şəhərlərində olacaq, tarixi, elmi və dini əhəmiyyət kəsb edən məkanları ziyarət edəcək.

Buxarada Azərbaycan və Özbəkistan Elmlər Akademiyalarının birgə təşkilatçılığı ilə iki ölkə arasında tarixi, elmi, dini və mədəni əlaqələrə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfransda QMİ-nin sədri tarix elmləri doktoru, professor Şeyxülislam A. Paşazadə, QMİ Elmi-dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova, Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli, tarix elmləri doktoru Şahin Fərzəliyev, tarix elmləri doktoru Anar İsgəndərov məruzə ilə çıxış edəcəklər.

Konfrans çərçivəsində Azərbaycan və özbək alimləri, şair və mütəffəkkirlərinin Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşdirilməsi işinə verdikləri töhfələrdən danışılacaq, əslən azərbaycanlı olan Özbəkistan vətəndaşı - alim, pedaqoq, əruz vəzninin mahir bilicisi, özbək, Azərbaycan və fars dillərində əsərlərindən ibarət 4 cildlik kitab müəllifi İbrahim Qasiminin anadan olmasının 100-cü ildönümü anılacaq.