Deputatlarımız Avropaya səfər edəcək

deputatlarimiz-avropaya-sefer-edecek
Oxunma sayı: 979

Milli Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin parlament üzvləri üçün ticarət siyasəti üzrə seminarda iştirak etmək üçün fevralın 12-dən 16-dək Avstriyada səfərdə olacaqlar.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Dünya Ticarət Təşkilatının (DTT) və Vyana Birgə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda DTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə edilən məsələlər barədə fikirlərini açıqlayacaqlar.