Deputatlarımız Litvada səfərdədir

deputatlarimiz-litvada-seferdedir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Fuad Muradov bildirib ki, Litva Seymində keçirilən görüşlər zamanı Azərbaycanın inkişafı, Avropa inteqrasiya məsələləri, ərazi bütövlüyü, o cümlədən Azərbaycan - Litva parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Millət vəkilləri Seymin vitse-spikeri Algis Çaplikas, Beynəlxalq əlaqələr Komitəsinin üzvləri və sədri Emanuelis Zingeris, Litva-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri və rəhbəri Egidijus Vareykis ilə görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyü və ərazilərinin işğalı məsələləri əsas müzakirə mövzusu olub.

Vilnüsə səfər çərçivəsində millət vəkilləri Seymin Sosial-Demokratlar Fraksiyasının nümayəndəsi Yuzas Olekas, “Qayda və ədalət” fraksiyasının nümayəndəsi Valetinas Mazuronis, Mərkəz və Liberallar İttifaqı Fraksiyasının nümayəndəsi Arunas Valinskas, Litva Respublikasının Təhsil və Elm Naziri, Liberallar Hərəkatı Fraksiyasının nümayəndəsi Gintaras Steponaviçus, Xristian Partiyası Fraksiyasının nümayəndəsi Aleksandr Saxaruk, Seymin Baş katibi Jonas Milerius və Baş katibinin müavini, Twinninq layihəsinin rəhbəri Gedeminas Aleksonis və həmin layihənin iştirakçıları olan Seym üzvləri ilə görüşüblər.

Bu gün millət vəkilləri Litva Seyminin vitse-spikeri, Avropa ilə əlaqələr Komitəsinin sədri Çeslovas Stankeviçus, Avropa Parlamentinin deputatı Viktor Uspaskich və Vyatautas Landsbergis ilə görüşlər keçiriblər.