Deputatlarımız NATO-ya gedir

deputatlarimiz-nato-ya-gedir
Oxunma sayı: 645

Milli Məclisin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, 57-ci illik sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq. Avropada çətin maliyyə mühiti ilə üzləşmə, iqtisadi böhran və maliyyə möhkəmliyi məsələləri nəzərdən keçiriləcək. Qurumun müvafiq komitələrində Liviya xalqının dəstəklənməsinə, Yaxın Şərqdə və Şimali Afrikada siyasi transformasiyaya, eləcə də Əfqanıstana dair qətnamə layihələrinə münasibət bildiriləcək.

Plenar iclasda NATO PA-nın prezidenti Karl Lamers və NATO-nun Baş katibi Anders Rasmussen, həmçinin Rumıniyanın Prezidenti Trayan Basesku, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri çıxış edəcəklər. Diskussiya aparılacaq.

Azərbaycan parlamentinin nümayəndə heyəti müzakirələrdə fəallıq göstərəcək, məsələlərə münasibətdə Azərbaycanın mövqeyini bildirəcəkdir.
Səfər oktyabrın 10-da başa çatacaq.

Fatimə Kərimli