Deputatların maaşı artırıldı - Prezident təsdiqlədi

deputatlarin-maasi-artirildi
Oxunma sayı: 8834

Azərbaycanda deputatların vəzifə maaşı artırılıb. 

"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Bu dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

Qeyd edək ki, maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.