Deputatlığa keçmiş namizədin cəzası 6 il azaldıldı

deputatliga-kecmis-namizedin-cezasi-6-il-azaldildi
Oxunma sayı: 1125

Dələduzluqda təqsirləndirilən deputatlığa keçmiş namizəd Əli Hacı Ağaevli və Fuad Kərimovun cəzası azaldılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun qərarı ilə hər iki şəxsin cəzası 1 ilə endirilib. Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ağaevli 7 il, F.Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hər ikisi 2018-ci il oktyabrın 31-də məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, 2015-ci ildə Əli Hacı Ağaevli 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb və qeydə alınıb. Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub. Özünü sufi-şair kimi təqdim edir.