Deputatlığa keçmiş namizədin məhkəməsi başladı

deputatliga-kecmis-namizedin-mehkemesi-basladi
Oxunma sayı: 2403

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimovun məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxslərin vəkilləri prosesdə iştirak etmədiyi üçün iclas təxirə salınıb. 

Ə. Ağaevli və F. Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur. 

Qeyd edək ki, 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürən Ə. Ağaevli sonradan MSK-ya məktub yazaraq qeydə alınmaqdan imtina edib. 

2015-ci ildə Əli Hacı Ağaevlinin Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar”İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. 

"Varlıq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub. 

Murad Əhməd