Derbidə “Beşiktaş” sevindi

derbide-besiktas-sevindi
Oxunma sayı: 647

“Qafqazinfo”xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Bu möhtəşəm oyun 3-2 hesabı ilə başa çatıb. Baxmayaraq ki, hesabı 24-cü dəqiqədə “Fənər” açıb Musa Sou fərqlənib.40-cı dəqiqədə Dirk Küyt topu öz qapısından keçirib və hesab bərabərləşib. 61-cı dəqiqədə “Fənərbaxça”nın keçmiş futbolçusu Nianq “Beşiktaş”ı hesabda önə keçirib. Musa Soun cavabı cəmi 2 dəqiqə sonra gəlib və hesab yenidən bərabərləşib. “Beşiktaş”ın qələbə topunu isə 90-cı dəqiqədə Olcay Şahan vurub.

İqbal