Derbidə dava salanlar haqqında həbs qərarı verildi

derbide-dava-salanlar-haqqinda-hebs-qerari-verildi
Oxunma sayı: 1265

Türkiyə kubokunun yarımfinal mərhələsində “Fənərbağça” - “Beşiktaş” matçının təxirə salınmasına səbəb olan dava ilə bağlı məhkəmə qərarı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, stadiona yad əşyalar atmaqda və “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin başının yarılmasında təqsirləndirilən 3 nəfər həbs edilib.

Oyundan sonra saxlanılan 20 nəfərdən 17-si isə şərti azadlığa buraxılıblar.

Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, oyun mayın 3-də 57-ci dəqiqədən etibarən oynanılacaq və azarkeşlər stadiona buraxılmayacaq.