Derbidə qalib olmadı - Video

derbide-qalib-olmadi
Oxunma sayı: 1952

Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Fənərbağça” - “Beşiktaş” matçında azarkeşlər iki qol izləyiblər.

İstanbul derbisində hesabı 40-cı dəqiqədə Babel açaraq “Beşiktaş”ı önə keçirib. Lakin, 71-ci dəqiqədə Ayevin vurduğu qol “Fənərbağça”ya bir xal qazandırıb.

Matçın son saniyələrində “Beşiktaş”ın müdafiəçisi Caner Erkin qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Beşiktaş” 11 xalla 4-cü, “Fənərbağça” isə 7 xalla 13-cü pillədə qərarlaıb.