“Dərin iz buraxdıqdan sonra çıxacağıq” - Trampdan Suriya mesajı

derin-iz-buraxdiqdan-sonra-cixacagiq
Oxunma sayı: 1594

ABŞ prezidenti Donald Tramp ordunu Suriyadan çıxaracağı barədə növbəti açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp dəqiq tarixi tarixi yenə açıqlamasa da, bunun yaxınlarda olacağını bildirib:

“Suriyadan çıxmağı çox istəyirəm. Yaxında evə qayıdacağıq. Güclü və qalıcı bir iz buraxdıqdan sonra Suriyadan çıxacağıq”.

O, həmçinin İranı da təhdid edərək Aralıq dənizinə çıxış imkanı verilməyəcəyini də deyib.