“Dərnəgül” Mübadilə Mərkəzi istifadəyə veriləcək

dernegul-mubadile-merkezi-istifadeye-verilecek
Oxunma sayı: 1412

Martın 17-də “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. 

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, Mərkəzin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan Mübadilə Mərkəzində gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda, taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir.