Dərs Evinin yeni Nərimanov filialı istifadəyə verildi! - Foto+Video

ders-evinin-yeni-nerimanov-filiali-istifadeye-verildi
Oxunma sayı: 1993

2015-ci ildən fəaliyyət göstərən və ölkədə təhsilin inkişafına dəstək göstərən Dərs Evi tədris mərkəzi yeni Nərimanov filialı ilə qarşınızdadır!

Tədris mərkəzi 8-11-ci sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarına, buraxılış və qəbul imtahanlarına hazırlıq, həmçinin Ümumi İngilis dili, SAT, IELTS və xaricdə təhsil istiqamətləri üzrə ixtisaslaşmışdır. Burada şagirdlərin nəinki imtahana hazırlığına, onların motivasiya və psixoloji vəziyyətlərinin yaxşı olmasına da xüsusi diqqət ayrılır.

Dərs Evində bütün dərslər Amerika və İsraildən olan ekspertlərin hazırladıqları unikal metodika əsasında keçirilir. Bu təcrübə DİM tələblərinə əsasən yerli proqrama uyğunlaşdırılmışdır.
Yeni Nərimanov filialının fəaliyyəti “Düzgün ixtisas seçimini necə etməli?” mövzusunda seminar ilə başladı. Tədbirin xüsusi qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli gələcəyin peşələri haqqında və ölkədə əmək bazarının tələbləri haqqında söz açdı, xarici və yerli praktikaları nümunə gətirdi.

Açılış günündə Dərs Evi qonaqlara maraqlı bir təklif elan etdi: Nərimanov filialına yazılan şagirdlər üçün DİM hazırlıqları üzrə 1 ay müddətində bütün fənlər ödənişsiz təklif olundu!
Gənclərə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək məqsədilə Dərs Evi və Moskva Dövlət Universiteti “Peşə seçimi testi”ni təqdim etdilər. Bu test abituriyentlərin maraqlarını, şəxsi keyfiyyətlərini, bacarıqlarını qiymətləndirməyə imkan verir. “Peşə oriyentator” kompleksi üzrə testi keçən hər kəs nəticələrini çap olunmuş şəkildə əldə edir və öz psixoloji portretini görür. Daha sonra testin nəticələrinə əsasən peşə konsultantı şagird ilə görüş keçirir və abituriyentə uyğun peşələrin siyahısını, bu peşələrin tədris olunduğu ali məktəblərin adlarını və bir sıra lazımlı tövsiyələri verir.

Dərs Evinin “Get” xaricdə təhsil mərkəzi isə ABŞ, Kanada, Birləşmiş Krallıq, Almaniya, Çexiya, İsveçrə, Hollandiya, Çin, Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, BƏƏ, Avstraliya və bir çox digər ölkələrə məktəb və universitet proqramlarını təklif edir.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı və hər kəs tədbirin qonağına maraqlandıqları sualları ünvanlayan bildi.

Dərs Evinin ünvanları: Nərimanov filialı – Təbriz küçəsi 85 D; Yasamal filialı – Hüseyn Cavid pr. 87.

Tel: *3377

Instagram: https://www.instagram.com/dersevi/

Facebook: https://www.facebook.com/derseviazerbaycan/

Website: www.dersevi.az