Dəryanın qızından şok tələb - “Qardaşım DNT analizi versin”

deryanin-qizindan-sok-teleb
Oxunma sayı: 3789

Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə “Bizimləsən” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, canlı efirdə atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangir barədə şok iddia ortaya atıb. 

Aişə Cahangirin DNT analizi verməsini, onun qardaşı olub-olmamasını öyrənmək istədiyini qeyd edib: “Mənə təsir edən o oldu ki, həqiqətləri öyrənə bilmədən atamı itirdim. Bu illər ərzində ağlımda suallar qaldı. Anam efir insanı deyil. 17-18 ildə anamın kim olduğunu heç kim görməyib.

Atam rəhmətə getməzdən əvvəl deyirdim ki, istəyirəm qardaşım olmasına əmin olum. Sosial şəbəkələrdən istifadə edirəm. Hər kəs deyir ki, Hüseyn Dəryanın oğlu yoxdur. Sağ olanda da atamın adına qalmaqallar, sözlər çıxarıldı. Amma artıq onun adının belə hallanmasını təhqir kimi qəbul edirəm. 

Əminəm ki, o, mənim qardaşımdır. Atam sağ olanda qardaşımla çox illərimizi itirdik, bir yerdə deyildik. Gələcəkdə onunla bir-birimizə dayaq olacağıq. Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram”.

"Qafqazinfo" Sona İbadovanın mövqeyini öyrənmək istəsə də, o, hələ ki, danışmaq istəmədiyini qeyd edib.