“DET-AL Alüminium” MMC-nin zavodlarının açılışı oldu- - Fotolar

det-al-aluminium-mmc-nin-zavodlarinin-acilisi-oldu-
Oxunma sayı: 3279


“Qafqazinfo” xəbər verir ki, dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin regionlarında sənayeni daha da inkişaf etdirməkdir.

Prezident İlham Əliyev ölkədə alüminium sənayesinin inkişafına və "DET-AL Alüminium" Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının tikinti və quraşdırma mərhələsi, texnoloji və istehsal prosesləri, məhsulların növü və təyinatı haqqında hazırlanan stendlərə və bu prosesi əks etdirən videoçarxa baxıb.

Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulmuşdur. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdı.

Dövlət başçısı metaltökmə və fasiləsiz yayma zavodunu işə salıb.

Azərbaycan Prezidenti İlham Əliyev zavodun fəaliyyəti ilə bağlı stendlərə və maketə baxıb, istehsal prosesini izləyib, hazır məhsullarla tanış olub.

Bu Kompleks ölkədə qeyri-neft sektorunun şaxələndirilməsinə, regionlarda sənaye potensialının gücləndirilməsinə, sənayenin, habelə əlvan metallurgiya sənayesinin inkişafına mühüm töhfə verəcək.