“Devalvasiya gözlənilmir”

devalvasiya-gozlenilmir
Oxunma sayı: 1910

Mərkəzi Bank rəhbəri Elman Rüstəmov manatın yenidən devalvasiyası ehtimalından danışıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, MB sədri bildirib ki, manatın məzənnəsi zamanı yüksək neft qiymətləri nəzərə alınır: “Bu gün qiymət 70 dollardır, ötən ilin  müvafiq dövri ilə müqayisədə 30 faiz yüksəkdir. Ölkənin xarici valyuta ehtiyatı 2,1 milyard dollar artıb. Starteji valyuta ehtiyatları artırsa, daxili bazarda təklif tələbi üstələyir.

Manatın məzənnəsi üçün əsas şərt neftin qiymətidir. Həmişə bu balansa diqqət etmək lazımdır. Lakin məzənmə bizim əsas hədəfimiz deyil, əsas hədəfimiz inflyasiyadır. Qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə, siz bunu devalvasiya hesab edirsiz? Bu devalvasiya deyil. Bizim fevral (21 fevral 2015) və dekabr (21 dekabr 2015) ayında etdiklərimiz devalvasiya idi, mən bunu deyirəm. Amma səbəb o idi ki, neftin qiyməti 3 dəfə düşmüşdü. Manatın üzməsi devalvasiya deyil, valyuta çevikliyidir. Hazırda kəskin devalvasiya gözlənilmir, çünki heç bir əsas yoxdur. Təklif tələbi 2,1 milyard dollar üstələyir.

Mətbuatın bu prosesi düzgün işıqlandırmaması, ehtiyatsız istifadə edilən sözlər əhalini çaşdırır. Media prosesləri necə qiymətləndirmək haqda Mərkəzi Bankla vahid strategiya həyata keçirməlidir. Əhalinin gözləntilərinin formalaşmasında biz birgə məsuliyyət daşıyırıq. Fikirləşirəm ki, Mərkəzi bank jurnalistlər üçün treninq təşkil etməli və bu mövzuda media nümayəndələrini maarifləndirməlidir. Gələn ay bununla bağlı bir təqdimat keçirək, mən şəxsən özüm bunu təqdim edəcəyəm. Hər ay bunu etməyə hazırıq, ekspert cəmiyyəti və media ilə işləmək üçün yeni strategiyamız var, bunu reallaşdıracağıq”.

MB sədri qeyd edib ki, bugünkü inflyasiya səviyyəsi intervaldan çox aşağıdır: “İlin sonuna belə bir inflyasiya formalaşdırmaq mümkün olsa, biz 8 faizlik həddi komfort zona hesab edirik. Halbuki bu, daxili və xarici faktorlardan asılıdır, Şərtlər dəyişsə, bu göstərici 8-10 faiz ola bilər”. 

Murad Əhməd