Deyəsən gözümüzü bunlara dikməliyik

deyesen-gozumuzu-bunlara-dikmeliyik
Oxunma sayı: 655

Təmsilçimiz 4 komandanın mübarizə apardığı D qrupunda meydan sahiblərinə 1:0 hesabıyla qalib gəlib. Oyunda yeganə qolun müəllifi Təbriz İsazadə olub. Almaniyanın digər təmsilçisi “SG Unvertürkheim”i 2:1 yenən “İnyter”in qollarını Təbriz İsazadə və Seyhan Fərəcov vurublar. Almaniyanın digər təmsilçisi “TUS Ahmsen” də paytaxt futbolçuları ilə bacarmayıb və matç 1:0 hesabıyla başa çatıb. Bu dəfə Eltac Məmmədov fərqlənib. Beləliklə, "İnter" 9 xalla qrupun lideri kimi növbəti mərhələyə yüksəlib.
Bu dəfə də qrupda mübarizə aparan bakılılar qələbələri ard-arda sıralayıb. “ASV Dachau” komandasını 2 dəfə mərkəzdən başlamağa vadar edən "İnter"in qollarını Təbriz İsazadə vurub. “TUS Hunnebrock”a 0:1 hesabıyla uduzduqdan sonra təmsilçimiz yarımfinala vəsiqə qazanmaq üçün mübarizədə “SV Vaihingen” komandasına qalib gəlib. 0:0 hesablı bərabərliklə başa çatan görüşün qalibi 11 metrlik cərimə zərbələri nəticəsində müəyyənləşib. Bakılılar 5:3 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinalda "İnter" İngiltərənin “Luton Taun” klubunu da penaltilərlə keçib. Qolsjuz bitən görüşdən sonra futbolçularımız 3:1 hesabına sevinib. Finalda növbəti dəfə Almaniyanın “SV Vaihingen”lə görüşən təmsilçimiz 0:2 hesabı ilə uduzaraq 2-ci olub.
Qeyd edək ki, iyunun 24-də komandamız Almaniyada keçirilən digər beynəlxalq səviyyəli yarışda - “SV RW-Bentfeld Cup” turnirində iştirak edəcək.