“Deyir ki, bahalı küçədən özünə villa almısan...”

“Deyir ki, bahalı küçədən özünə villa almısan...”
Oxunma sayı: 1637

Xalq artisti Aygün Kazımova media nümayəndələri ilə görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, müğənni 22 sentyabrda baş tutacaq konsertlə bağlı jurnalistlərin suallarını cavablandırıb. 

Mətbuat konfransında konsertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımov, fransız xareoqraf və rejissor Red Bentifor da iştirak edib. 

A.Kazımova musiqi gecəsinin 22 sentyabrda keçirilməsinin əsl səbəbini açıqlayıb:

“Almaniyada bir dostumuz var. Mənə yazıb ki, səni təbrik edirəm, Almaniyadan özünə villa almısan. Özü də söyləyir ki, bizim Teymur Əliyev kimi ən bahalı küçədən...Mən də deyirəm ki, hardadı məndə belə bəxt ? Əlbəttə, yalan olduğunu bildirdim. O da deyir konsulluqda işləyənlər görüb, qızınla tez-tez gəlirsən.

Villanın şəklini atdı. Üzərində “Aygün 22” yazılmışdı. Guya 4 il əvvəl almışam. “Bundan başqa qarşıma çıxan bütün “22”ləri hesabladım, 666 etdi. Dedim ki, yox, mənə bu işdə şeytanlar kömək edə bilməz. Sonra dostumla yazışanda dedi ki, saata bax. Orada da yazılmışdı 22:22. Həmin 666 pozulur, 22-lər başıma oyun açmağa başladı”.

Xalq artist konsertdə heç bir duet ortağının iştirak etməyəcəyini söyləyib:

“Yalnız özüm mahnılar səsləndirəcəm. Bir reper həmin gün mənimlə səhnəni bölüşəcək. Gənc və istedadlı biridir. Komandamızın bir üzvüdür. Kimliyi gizli qalsın. Elə o səhnədə də ona xeyir-dua verəcəm".





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi