“Deyirdim ki, belə etməyin, bizi efirdə vurmayın”

deyirdim-ki-bele-etmeyin-bizi-efirde-vurmayin
Oxunma sayı: 1688

“Allaha sığınmaq lazımdır. Demirəm ki, kiməsə qarğış et. Çünki, kimsə qarğış edirsə, o gəlib həmin adamdan keçir. Vaxtı gələndə, haqq öz yerini tapır. Sevda mənim yaxın dostum olduğu üçün belə etdim. Mən əks tərəfə pis bir söz də deməmişəm. Sadəcə mənim dostlarıma kimsə dəyəndə və qarşı tərəfin də qəlbini qırmamaq şərti ilə müdafiə edirəm. Bu həmişə belə olub və olacaq. Yox, əgər haqsız olarsa, onda qarışmıram”.
 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Sənətçi son zamanlar ailə mövzusunda gündəmə gələn Sevda Yahyayevanı müdəfiə etməsinin səbəbini açıqlayıb:

“Əslində bu işlərə çox da qarışmıram, çıxan xəbərləri də bir o qədər oxumuram. Mən sənətə gəldiyim gündən mənim haqqımda da nəsə deməyə çalışıblar. Fikir verməsən, müəyyən vaxtdan sonra yox olub gedir. Hər şey sənin öz əlindədir.

Bu gün sosial şəbəkə çıxandan sonra efirlər baxımsız olub. İllərdir ki, mən efir adamlarına deyirdim ki, belə etməyin, bizi efirdə vurmayın. Sözlərimizi olduğu kimi təqdim edin, sonra insanlar bizdən küsür. Cümləni elə dəyişirlər ki, baxan düşünür, yəqin müğənnilər bir-biri ilə danışmırlar. İndi efirlərdə ancaq baxımsız verilişlər qalıb. Onlarda baxımlı olmaq üçün üzdə olan insanlarla qalmaqal edirlər. Heç kim uşaq deyil”.

Bundan əlavə, Zamiq qeyd edib ki, bəzi həmkarları “YouTube”da süni baxış sayı artırır: “Çox adam “YouTube”da pulnan baxış sayı artırır. Bunu hamı bilir. Mənim üçün belə şeylər göstərici deyil. Hər hansı bir videoya bir də görürsən ki, kimsə 10 milyon baxır, kimsə 1 milyon.

Çox uzağa getməyək, Türkiyədə ən sevdiyim sənətçi Kenan Doğuludur. Onun instaqramına, videolarına baxıram görürəm ki, çox az baxış var. Amma keyfiyyətə gələndə isə bəlkə də, onun kimi iş təqdim edən adam yoxdur. Mən də istəyərdim ki, insanlarımız zövqlü mahnılara qulaq assınlar. Demirəm ki, tək məni dinləsinlər. Bizim çox yaxşı sənətkarlarımız var. Hansı ki, yaxşı işlər təqim edirlər”.