“Deyirlər ki, bir ayağı burda, o biri gordadır”

deyirler-ki-bir-ayagi-burda-o-biri-gordadir
Oxunma sayı: 3082

“Arıqladım, üzüm çox düşdü, qırışlarım yarandı, onları aradan qaldırmaq istədim. Özümə maya qoymaq qərarına gəldim.  Əməliyyatdan sonra 30-35 yaş cavanlaşdım”. 

“Qafqazinfo” xəbər  verir ki, bu sözləri bir neçə həftə bundan əvvəl estetik əməliyyat etdirən əməkdar artist Nahidə Orucova “X maqazin”ə danışarkən bildirib. 

Tanınmış aktrisa  onu tənqid edənlərə də cavab verib: “Deyirlər ki, bir ayağı burda, o biri gordadır, niyə plastik əməliyyat etdirir? Belə şeylər nəyə lazımdır. İnsanın həyatı sevməyi pisdir? Qadın gözəl olmalıdır. İnsan insanı sevər. Sevmirsizsə, onların səhifələrinə girməyin. İllər keçdikcə nə problem çıxsa, əməliyyat etdircəm. Allah necə yaradıbsa, elə də oluram. Sadəcə olaraq bir az əl gəzdirirəm”.