“Deyirlər, torpaqları satmaq üçün hakimiyyətə gəlmişəm” - Paşinyan

deyirler-torpaqlari-satmaq-ucun-hakimiyyete-gelmisem
Oxunma sayı: 5029

Yerevanın Respublika meydanında baş nazir Nikol Paşinyanın çağırışı ilə mitinq keçirilib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan mitinqdə baş nazir postunda 100 gününün tamam olması münasibətilə nitq söyləyib. 

Paşinyan çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub:

“Təsəvvür edin, mən hələ Qarabağla bağlı danışıqlara başlamamışam, ancaq pulla alınmış KİV mənim ərazini satmaq üçün hakimiyyətə gəldiyimi yazır. Onlar məni özləri ilə səhv salırlar. Biz müharibə istəmirik. Biz sülh danışıqlarına hazırıq. Həmin KİV-lər anlamır ki, Qarabağ problemini hakimiyyət yox, xalq həll etməlidir. Danışıqlar prosesi zamanı məni razı salan variant olarsa, sizdən gizli nə addım atacağam, nə də sənəd imzalayacağam. Tribunaya qalxıb bütün danışıq variantlarını sizə təqdim edəcəyəm və münaqişənin nizamlanmasının hansısa variantının qəbul edib-etməməyimiz barədə qərarı siz verəcəksiniz.

Bəziləri Ermənistanda vətəndaş müharibəsinin başlayacağını deyir. Belə müharibə yalnız sizin ofisiniz daxilində baş verə bilər. Sizi nə qədər vətəndaş dəstəkləyir ki, vətəndaş müharibəsindən danışırsınız?”.