“Dəyişiklik olmasa, DİM maddi çətinliklərlə qarşılaşacaq”

“Dəyişiklik olmasa, DİM maddi çətinliklərlə qarşılaşacaq”
Oxunma sayı: 1965

“Dövlət qulluğuna qəbulun müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə qeydiyyatdan keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri DİM Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə direktorlar Şurasının iclasında deyib. Bu məqama xüsusi diqqət çəkən sədr orta hesabla 1 nəfərin 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçdiyini vurğulayıb:

“Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə, DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi