DGK-dən onlayn sifariş olunan mallarla bağlı ittihamlara - Cavab

DGK-dən onlayn sifariş olunan mallarla bağlı ittihamlara
Oxunma sayı: 2509

Dövlət Gömrük Komitəsi son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizin gömrük orqanları və onun ayrı-ayrı əməkdaşlarına qarşı irəli sürülən  ittihamlara münasibət bildirib.

Qurumun mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizin gömrük orqanları və onun ayrı-ayrı əməkdaşlarına qarşı, onlayn ticarət portalları vasitəsilə xaricdən sifariş edilən və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mallarla bağlı əsassız ittihamlar irəli sürülür.

"Belə ki, gömrük orqanlarının həmin mallara görə guya hansısa əlavə ödəmələr tələb etdiyi, sifariş edilən bağlamaların sahiblərinə gec təhvil verildiyi və ya təhvil verilmədiyi iddia olunur.

Komitə dəfələrlə rəsmi açıqlamalar verərək xaricdən sifariş edilən malların tərkibinin, gömrük dəyərinin düzgün göstərilməməsinin, asan yolla qazanc əldə etmək istəyən şəxslərin dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmasının qarşısının alınması məqsədilə aparılan araşdırmaların poçt göndərişləri ilə gətirilən malların vaxtında ünvanına çatdırılmasında problemlər yaratdığını bildirib.

Lakin görünür, gömrük orqanlarının ticarətin qanuni yollarla həyata keçirilməsi ilə bağlı atdığı addımlar kimlərinsə mənafeyinə uyğun gəlmədiyindən əsassız ittihamlar hələlik səngimir.

Bugünlərdə "Facebook" sosial şəbəkəsində İsa Turan adı ilə qeydiyyatdan keçən şəxsin xaricdən sifariş etdiyi mobil telefonu satdığına dair elan verməsi gömrük orqanlarının haqlı olduğunu bir daha sübut edir. "İsti-isti təndirdən çıxdı, kim istəyir" başlıqlı statusda həmin şəxs "Xiaomi" markalı telefonu satdığını bildirir və statusa poçt bağlamasına aid qablaşdırmanın fotosunun əlavə olunması telefonun xaricdən sifariş edildiyini açıq-aydın sübut edir və bu cür elanlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur", - deyə məlumatda vurğulanıb.

Bir daha bəyan edilib ki, dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlar  vaxtında və düzgün ödənilməlidir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi