DGK Qubada əməliyyat keçirdi

DGK Qubada əməliyyat keçirdi
Oxunma sayı: 747

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulların realizə olunmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin məhsulları satan Azərbaycan iki vətəndaşı və məhsulların daşındığı "Opel Astra" və "VAZ-2106" markali avtomobillər müəyyən edilib. Şərti alıcı qismində çıxış edən əməliyyatçılar Quba şəhəri, Heydər Əliyev prospektində həmin şəxslərlə əlaqə yaradıb və sövdələşmə baş tutduqdan sonra özlərini təqdim edərək avtomobillərə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Xaçmaz Gömrük İdarəsinə dəvət ediblər.

Gömrük baxışı zamanı hər iki avtomobilin yük yeri və salonlarından ümumilikdə üzərində Belarus aksiz markası olan 8980 ədəd "NZ Gold Compact" markalı siqaretlər, Rusiya Federasiyasının aksiz markası ilə markalanan 9 ədəd 1 l-lik və 60 ədəd 0.5 l-lik araqlar, üzərində aksiz markası olmayan 2 adda 1 l-lik 20 ədəd viskilər, 25 kq konfet və 2 adda 78 kq kolbasa və 2 adda 265 kq yağ aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi