Diana Moskvaya gedir - “Eurovision” gecəsi...

diana-moskvaya-gedir
Oxunma sayı: 713

Rusiya Ukraynada keçiriləcək “Eurovision”dan kənarda qalsa da, bu il ənənəsini pozmaq istəməyib.

“Qafqazinfo” xəbər verir ki, Moskvada parelin 21-də “Eurovision” gecəsi keçiriləcək. 

Şou  “Vegas City Hall”un konsert zalında baş tutacaq.  

Yeddinci dəfə təşkil olunan gecədə 9 ölkənin təmsilçisi iştirak edəcək:

1)    Azərbaycan – Dihaj

2)    Rusiya – Julia Samoilova

3)    Bolqarıstan – Kristian Kostov

4)    Yunanıstan – Demy

5)    Moldova – SunStroke Project

6)    İsrail – Imri Ziv

7)    İsveçrə – Timebelle

8)    İtaliya – Francesco Gabbani

9)    Ermənistan – Artsvik

Konsertdə  Rusiyanın tanınmış şou üzvləri də iştirak edəcək. 

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müsabiqədə Rusiyanı təmsil edəcək Yuliya Samoylovanın ölkə ərazisinə daxil olmağına qadağa qoyub.

Buna səbəb kimi Rusiya təmsilçisi Yuliya Samoylovanın 2015-ci ildə Krıma “qanunsuz” səfəri və orda çıxış etməsi göstərilib.