Diaspor Gənclərinin II Yay Düşərgəsinin bağlanış mərasimi oldu - Fotolar

diaspor-genclerinin-ii-yay-dusergesinin-baglanis-merasimi-oldu
Oxunma sayı: 803

Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən olan “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iyulun 13-də təntənəli bağlanış mərasimi olub. Bu barədə "Qafqazinfo"ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mərasimdən öncə düşərgə iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin ərazi şöbələrinin rəhbərləri və bəzi məsul şəxslər ilə görüşüblər. Görüşdə düşərgədə keçirilən təlim və digər proqramlarla bağlı fikir mübadiləsi aparılıb, layihənin əhəmiyyəti, gənclərin şəbəkələşməsi barədə danışılıb. Diaspor gəncləri gələcək düşərgələr üçün təkliflərini verib, komitəyə minnətdarlıqlarını bildiriblər.

Sonra düşərgənin bağlanış mərasimi başlayıb. Komitənin aparat rəhbəri Daşqın Rəcəbli, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və təlimçi Pərvanə Məmmədova çıxış edərək gənclərə təşəkkür ediblər.

Yay düşərgəsində fəallıq göstərən bir qrup gəncə sertifikatlar təqdim edilib.

Bağlanış mərasimi konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” Şamaxı rayonunda təşkil edilib.