Dihajın “Euroclub”da uğurlu çıxışı - Video

Dihajın “Euroclub”da uğurlu çıxışı
Oxunma sayı: 76

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dihaj (Diana Hacıyeva)  “Euroclub”da çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, Kivyevdə baş tutan gecədə Diana “Skeletons” əsərini səsləndirib. 

Onu səhnədə dörd bekvokalçı müşayiət edib. Hacıyeva “Eurovision” mahnısını canlı ifa edib. 

Xatırladaq ki, “Euroclub” müsabiqə zamanı təşkil olunan gecədir. Orada yalnız yarışmaya qatılan iştirakçılar, nümayəndə heyətləri və mətbuat üzvləri iştirak edə bilər. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi yarımfinal məşqlərindən sonra bukmeyker proqnozunda 1 pillə irəliləyərək 7-ci olub. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi