DiKaprio özünə yeni sevgili tapıb - Foto

dikaprio-ozune-yeni-sevgili-tapib
Oxunma sayı: 634

Hollivudun məşhur aktyorlarından olan Leonardo DiKaprio özünə yeni sevgili tapıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun yeni sevgilisi 23 yaşlı model Lorena Reydir.

“Onların münasibəti sürətlə inkişaf edir”,-deyə aktyora yaxın olan mənbə söyləyib.

42 yaşlı aktyor sevgilisi ilə Nyu-York parkını, müasir incəsənət muzayini gəzdikdən sonra restoranda şam edib.

Onlar daha əvvəl də Monakoda birlikdə görüntülənmişdilər.