DiKaprio Trampı tənqid etdi

dikaprio-trampi-tenqid-etdi
Oxunma sayı: 1341

“Oskar” mükafatçısı Leonardo DiKaprio iqlim dəyişikliyi ilə mübarizə üçün şəxsi hesabından pul ayıracağını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Hollivud ulduzu Yale Universitetindəki çıxışı zamanı sosial layihə üçün 100 fərqli təşkilata 20 milyon dollar bağışlayacağını bildirib. 

O, həmçinin ABŞ-ın prezidenti Donald Trampın iqlimlə bağlı siyasətini tənqid edib.  

DiKaprio Tramp üçün “Gec olmadan həqiqətləri görəcəyinə ümid edirəm” deyib.