Diktator qızının doğulmasını gizlədir

diktator-qizinin-dogulmasini-gizledir
Oxunma sayı: 632

Amerika mətbuatı Seuldakı mənbələrinə istinad edərək Şimali Koreya lideri Kim Çen İn-ın ikinci dəfə ata olduğunu yazıb. “Qafqazinfo”nun məlumatına görə, ekpertlər uşağın qız olduğunu iddia edirlər. Bunu isə onunla əsaslandırıblar ki, Koreya liderinin oğlu olsaydı bu barədə rəsmi məlumat verilmiş olardı.

Hələ 2009-cu ildə evlənən Kim Çen İnın bundan əvvəl də bir uşağının olduğu, lakin o da qız olduğu üçün ictimaiyyətə açıqlanmadığı deyilir.

Qeyd edək ki, ailədə kişinin dominant olduğu Şimali Koreyada oğlan uşağının dünyaya gəlişi nəslin davamı kimi qiymətləndirilir və xüsusi bayram kimi qeyd olunur.