Diktatorun pulları xalqa qaytarılır

diktatorun-pullari-xalqa-qaytarilir
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, konfransda Liviya Keçid Şurasından Mustafa Əbdülcəlil və Mahmud Cəbrail, 19 ölkənin baş naziri, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT baş katibi Ban Ki Mun, NATO liderləri, Avropa Birliyi, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının üzvləri iştirak edir. Ev sahibliyini isə Fransanın baş naziri Nikalos Sarkozi və İngiltərənin baş naziri David Kameron edəcək.

Konfransda Milli Keçid Şurasının detallı təkliflər siyahısının təqdim etməsi nəzərdə tutulur. Beynəlxalq Valyuta Fondu və Dünya Bankından qısa müddətə kredit verilməsinin müzakirəsi gözlənilir.

Fransanın xarici işlər naziri Alen Jupp mətbuata verdiyi açıqlamada, "Keçid Şurasına kömək etmək məcburiyyətindəyik, çünki Liviya çox pis vəziyyətdədir. İnsanlar elektrik, su və qaz olmadan yaşayırlar", deyib. Liviyada devrilmiş hökumət rəhbərliyinə məxsus xarici banklarda dondurulan 1,5 milyard avronun ölkənin yenidən inşası üçün Milli Keçid Şurasına veriləcəyini açıqlanıb.