“Dil polisi” yaradılacaq

dil-polisi-yaradilacaq
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, gürcü ekspert Levan Qvindjiliya bildirib ki, “dil polisi”nin yaradılması ilə reklama, rəsmi yazışmalara, etnik azlıqlarla münasibətə və s. digər sahələrə nəzarət etmək olar.

Qvindjiliyanın sözlərinə görə, bu cür dil palatası 2005-ci ildə fəaliyyət göstərib, daha sonra ləğv edilib: “Ölkədə dövlət dilinin gürcü və abxaziya dillləri olmasına baxmayaraq ingilis dili gürcü dilinə zərbə vurur”.

Gürcüstanın yeni təhsil naziri Georgi Marqvelaşvili ölkədə rus dilinin genişlənməsindən təəssüfləndiyini, ingilis- dilinin prezident Mixail Saakaşvili tərəfindən ümumtəhsil məktəblərinin 1-ci sinfinə daxil edilməsini dəstəklədiyini etiraf edib: “Gürcüstan iki əsrə yaxın Rusiyanın tərkibində olduğundan o dövrdə mədəniyyətimiz iki dilli olub. Burda insanlar bir-birinə iki dillə müraciət edib. Lakin hazırda dünyada ingilis-dili bir növ hökmranlıq elədiyindən mən bu dilin tərəfdarıyam. Biz strateji olaraq ingilis-dilini seçirik, onun təbliğinə maliyyə ayıracağıq. Lakin bizim arzumuz var ki, digər dillər də Gürcüstanın maarifçiliyi sahəsində çox aktiv olsun”.