Dilarə hamını təəccübləndirdi- - Fotolar

dilare-hamini-teeccublendirdi-
Oxunma sayı: 2838


“Qafqazinfo”nun məlumatına görə, Macarıstan təmsilçisi Budapeştdə çıxış edən   təmsilçimizə gözlənilməz hədiyyə hazırlayıb.  O, Azərbaycan gözəlinin mahnısını özünəməxsus interpretasiyada ifa edib və bununla Dilarəni heyrətləndirib.

“Eşitdiklərimə inana bilmirdim. Mənim mahnımın kaver-versiyasını hazırlamaq onun tərəfindən çox gözəl hərəkətdir. O, bunun öhdəsindən 100% uğurla gələ bilib. Bu mənim mahnımın ən yaxşı kişi ifasıdır. Andraş – gözəl və cazibədar oğlandır. Biz efirlərarası və onlardan sonra xeyli gülmüşük” -,  deyə Dilarə öz təəssüratlarını bölüşüb.

Dilarənin mahnısı Macarıstan müğənnisini ilk eşitdiyi andan heyrətə gətirib. Budapeştdə tanış olduqdan sonra Dilarə və Andraş Koppenhagendə “Eurovision 2014 çərçivəsində keçiriləcək gecələrin birində duet oxumağa razılaşırlar.