Dilarədən fərqli təqdimat - Fotolar + Video

dilareden-ferqli-teqdimat
Oxunma sayı: 2838

Ötən gün müğənni Dilarə Kazımova yeni layihəsinin təqdimatını edib.  “Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimi Dilarə Kazımovanın şousu ilə başlayıb. 

O, klipdəki obrazı ilə mahnı ifa edib, rəqs etməyə başlayıb.  Onu “Atəşqah Mix Show” və “Nero” rəqs qrupunun üzvləri müşayiət edib.

Rəqsdən sonra klipin nümayişi başlayıb. Ekran işi “Azərbaycan” adlanır, sözləri Nigar Məmmədova, Leyla Kazımovaya, musiqisi Givi Usenashvilli və Dilarə Kazımovaya məxsusdur. 

Azərbaycan və ingilis dilində səsləndirilən bəstə etnik və Avropa üslubunun vəhdətini təşkil edir. 

Dilarə yeni layihəsi barədə media nümayəndələrinin suallarını cavablandırıb: “Qürur duyuram ki, bu layihəni məhz mən və komandamız ərsəyə gətirdi. Klipdə daha çox rəqslərə üstünlük verdik. Çəkilişlərimiz İçərişəhərdə, Qobustanda baş tutub. Düşünürəm ki, layihəm maraqla qarşılanacaq. Layihədə istifadə olunan geyimləri modelyer Səbinə Hüseyn ərsəyə gətirib. Bu geyimlərdə Azərbaycanın milli ornamentləri əks olunub”.

Fotolar: Nuran Məmmədov