Dilarədən yeni xəbər

dilareden-yeni-xeber
Oxunma sayı: 2018


Dilarə səfərini “Xorların yarışı” (Chorų karai) şousunun Litva televersiyasında çıxışından başlayıb. Gənc ifaçı “TV3” kanalında “Start a Fire” müsabiqə mahnısını şounun canlı efirində təqdim edib. Bu gün isə Dilarə “LRT” kanalında səhər teleşousuda çıxış edib.  Daha sonra isə o, “LRT” kanalında “İki ulduz” teleşousunda Litva təmsilçisi Viliya Mataçunayte ilə duet oxuyub. Dilarə həmçinin yerli KİV-lərlə də görüşüb. 

Azərbaycan təmsilçisi üçün növbəti ölkə Macarıstan olacaq. Daha sonra o, Rusiyaya, Gürcüstana və Maltaya səfər edəcək. Dilarə 10 gün ərzində 5 ölkəni ziyarət edəcək. 

Qeyd edək ki, Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında may ayının 6-da Kopenhagendə təqdim edəcək.