Dilarənin 3D-kopiyası sahibsiz heyvanlara yardım olacaq

dilarenin-3d-kopiyasi-sahibsiz-heyvanlara-yardim-olacaq
Oxunma sayı: 1489


“Qafqazinfo” xəbər verir ki, Eurovision öncəsi Dilarə doğma Bakıda öz siması ilə suvenirlər və aksessuarlar buraxmaq fikrini dəstəklədi. Dilarənin xahişi iə bu suvenirlərin satışından əldə olunacaq gəlir Azərbaycanda fəaliyyət göstərən heyvanların müdafiyəsi ilə məşqul olan təşkilatlara köçürüləcək.

Mayın 2-də Kopenhagendə keçirilən mətbuat konfransında Dilarə daha bir unikal suvenir təqdim etdi. Bu onun rəngli 3D-printerində hazırlanan dəqiq surətidir. Eksklüziv hədiyyəni Dilarəyə onun Danimarkadakı pərəstişkarları 3DHubs @ Copenhagen işçiləri edib.

Layihənin yaradıcıları Dilarənin bu fiquru e-bay portalında satışa çıxarmaq təklifini həvəslə qarşıladılar. Satışdan əldə olunan gəlir Dilarənin Danimarkada bir gün öncə baş çəkdiyi heyvanlar üçün sığınacağına veriləcək.

Fiqurun hündürlüyü – 20 sm-dir, o, eyniylə originala bənzəyir. Bu suvenir tək nüsxədədir və Eurovision fanlarından birinin kolleksiyasında qiymətli qənimət ola bilər.

“Dünən bütün günü biz heyvanlar üçün sığınacaqda olmuşuq, və mən hələ də bunun təsiri altındayam. Mən heyvanların hamısını özümlə aparmaq istəyirdim. İndi isə mən çox xoşbəxtəm ki, bu sığınacağın inkişafına bir töhfə verə bilərəm”, - deyə, Dilarə bildirir. 

Xatırladaq ki, Mayın 1-də, cümə axşamı Dilarə Macarıstan təmsilçisi Andraş Kallay-Sonderslə birgə Danimarkanın «Dyreværnets» heyvanlar üçün sığınacağında özlərini könüllü rolunda sınadılar.

Dilarə doğma Bakıda heyvanların müdafiəsi sahəsində aktivistdir. O, evində taksa və pişik saxlayır. İfaçı təbii xəz geyinmir və müasir cəmiyyətdə insanların diqqətini heyvanların hüquqlarına cəlb etməyə yönələn xeyriyyə tədbirlərində iştirak edir.

Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin Birinci Yarımfinalında may ayının 6-da 2014-cü ildə Kopenhagendə təqdim edəcək.