Dilarənin maşınını soydular - 2 min apardılar

dilarenin-masinini-soydular
Oxunma sayı: 3350

Müğənni Dilarə Kazımovanın maşınına hücum edilib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, “Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

Gecə saatlarında naməlum şəxs D.Kazımovanın 90 OH 527 nömrəli maşınının şüşəsini sındıraraq “bardaçok”dan 2 min manat oğurlayıb.

D.Kazımova hadisə ilə bağlı bu gün səhər saatlarında polisə məlumat verib. Hazırda araşdırma aparılır.

Murad Əhməd