Dilənçinin bank hesabından külli miqdarda pul çıxdı

dilencinin-bank-hesabindan-kulli-miqdarda-pul-cixdi
Oxunma sayı: 3267

Türkiyənin Adana şəhərində polislər şəhərin müxtəlif yerlərində dilənçilərə qarşı əməliyyat keçiriblər.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 63 yaşlı A.K və əqli qüsurlu qızı N.K yaxalanıb.

Araşdırmalar zamanı dilənçinin 32 bank hesabında 309 min lirə (təxminən 145 min manat) pulu olduğu üzə çıxıb.

Dilənçilər polis bölməsinə aparılıblar.